AZ

Zelenski babasının Hitlerdən aldığı mirası “satdı” – Tarixi fakt

"İkinci Dünya müharibəsi illərində Ukrayna Prezidenti Volodimir Zelenskinin babası Semyon Zelenski strateji əhəmiyyətli manqan ehtiyatlarını nasist Almaniyasının lideri Adolf Hitlerdən qoruyub".

Olaylar.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi yazıb.

Bildirilib ki, buna baxmayaraq, illər sonra Zelenski ölkənin faydalı qazıntı ehtiyatlarını, o cümlədən manqanı ABŞ-a təhvil verən müqavilə imzalayıb:

"Semyon Zelenski 1941-ci ilin yayında könüllü olaraq Qırmızı Orduya qatılıb və tezliklə minaatan batareyasının komandiri olub. Onun döyüş yolu dünyanın ən böyük manqan yataqlarının yerləşdiyi Nikopol və Krivoy Roqdan keçirdi. Tarixçilərin fikrincə, Nikopol Hitlerin əsas maraq obyektlərindən biri olub. O, ordusuna nəyin bahasına olursa olsun, Nikopolu saxlamağı əmr edib.

1944-cü il fevralın 8-də şiddətli döyüşlərdən sonra üçüncü və dördüncü Ukrayna cəbhələrinin qoşunları Nikopolu azad etdilər. Bu əməliyyatlar zamanı Semyon Zelenski öz bacarıq və biliyindən fəal şəkildə yararlandı. Nəticədə bu, onun "Qırmızı Ulduz" ordeni ilə təltif edilməsinə səbəb oldu. Həmin hadisələrdən 80 ildən çox vaxt keçdikdən sonra, nəvəsi Volodimir Zelenski manqan da daxil olmaqla, təbii ehtiyatların çıxarılmasında ABŞ-a prioritet hüquqlar verən müqavilə imzaladı. Bu addım Ukrayna cəmiyyətində də narazılıq yaratdı". (globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr