Bakı. Trend:
Cari ilin 1 may tarixinə kimi işğaldan azad edilmiş ərazilərdəmövcud olan sənaye parklarının rezidentlərinə idxal olunan texnika,texnoloji avadanlıqlar, eləcə də xammala görə 142 təsdiqedici sənədverilib.
Bu barədə Trendİqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafıAgentliyinə (İZİA) istinadən xəbər verir.
Bildirilib ki, bu sənədlər əsasında müəssisələr üçün təqribən 8milyon manata yaxın vergi və rüsumlardan azadolma tətbiqolunub.
"İşğaldan azad edilmiş ərazilərdə mövcud Ağdam və “Araz Vadisiİqtisadi Zonası” sənaye parklarında investisiya kapitalı 400 milyonmanata yaxın 45 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isəqeyri-rezidentlik statusu verilib. Bu 53 sahibkarlıq subyektitərəfindən 4000-dən artıq daimi iş yerinin yaradılmasıplanlaşdırılır", - məlumatda bildirilib.
"Artıq bu sənaye parklarında görülmüş işlərə 136 milyon manatdançox investisiya yatırılıb, 700 nəfərdən artıq daimi iş yeriyaradılıb", - deyə məlumatda qeyd olunub.