Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri vəAbşeron rayonu üzrə may ayının pensiyaları ödənilib.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyindən məlumat verilib.
Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondutərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyatakeçirilib.
Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərləpensiya hüququna malik şəxslərin may ayı üzrə pensiyaları da bu ayqrafik üzrə ödəniləcək.