AZ

Paşinyan növbədənkənar seçkiyə gedə bilər



Son günlər Azərbaycanla Ermənistan sərhəddində nisbi sabitlik hökm sürür. Görünür, N. Paşinyan artan gərginlik fonunda orduda ciddi nəzarəti bərpa etməyə çalışır. Həmçinin Qazaxın üç kəndinin Azərbaycana qaytarılması istiqamətində müəyyən işlər həyata keçirilir.
Ermənistanda müxalifət ciddi şəkildə seçkilərə hazırlıq prosesindədir. Parlamentdə müxalifət N. Paşinyanın üzərinə açıq şəkildə gedir. N. Paşinyan orduda keçmiş Qarabağ klanın mövqeyinin qaldığından seçki öncəsi ordudan müxalifətin istifadə edəcəyindən narahatdır. Ona görə də çalışır ki, ordu üzərində ciddi nəzarəti bərpa etsin. N. Paşinyan seçki öncəsi çalışacaq ki, Azərbaycanla sərhəddə atəşkəsə əməl etsin. Amma, ordu daxilində təxribatçı qruplar atəşkəsi pozması mümkündür.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması seçkilərdə ln sonra baş tutacaq. Seçkilərdən sonra Ermənistan referenduma gedib, Konustitusiyanı dəyişməsi mümkündür. Təbii ki, Ermənistanda növündənkənar seçkilərdə mümkündür. Çünki, seçkilərin keçirilməsinə kimi müxalifət ciddi şəkildə toparlanmağa çalışır. Müxalifətin güclənməsinin qarşısını almaq üçün N. Paşinyan növbədənkənar seçkiyə gedə bilər.

Məhəmməd Əsədullazadə
Seçilən
0
3
newscenter.az

4Mənbələr