Bakı. Trend:
Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan“Ümummilli Lider Heydər Əliyev müstəqil AzərbaycanKonstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclasında “İlkmilli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayişetdirilib.
Trend xəbərverir ki, spiker Sahibə Qafarova sənədli filmin Milli MəclisinAparatında hazırlandığını bildirib.
O qeyd edib ki, sənədli film Azərbaycan Respublikasının ilkKonstitusiyasının qəbulunun 30 illiyi, Vətən müharibəsindəAzərbaycan xalqının Zəfərinin 5-ci ildönümü, ölkənin ərazibütövlüyü və suverenliyinin bərpasına həsr olunub.