Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Azərbaycan 2-ci liqasının 24-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
Bununla "Haypers Quba"nın futbolçusu İbrahim Nağıyevin cəzası da müəyyənləşib.
AFFA-nın yaydığı məlumatda bildirilib ki, 07.05.2025-ci il tarixində 2-ci liqada 24-cü turun “Kür-Araz”la oyununun 67-ci dəqiqəsində “Hypers Quba”nın 8 nömrəli futbolçusu İbrahim Nağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, klubu 300 manat cərimə edilsin (madd 40.3).