Azərbaycan Kinematoqrafçılar İttifaqı 2025-ci il aprelin 1-də “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə müraciətlərin qəbulunu elan etmişdi.
Kulis.az xəbər verir ki, 22-29 aprel tarixlərində baş tutan layihəyə 11 iştirakçı və 4 müşahidəçi qəbul olunmuşdu.
Sənədli filmlər üzrə mütəxəssis Tue Steen Müllerin mentorluğu ilə keçirilən layihə, həm də iştirakçıların juri önündə təqdimatı ilə başa çatıb. Jüri heyətinin tərkibi AKİ-nin icraçı katibi Əli İsa Cabbarov, rejissor vəquruluşçu operatorlar Daniel Quliyev və Oktay Namazovdan ibarət idi.
Jürinin qərarına əsasən layihənin qaliblərini təqdim edirik.
Çəkilişə dəstək mükafatı – “Dado” – rejissor Azər Allahverdi
Xarici layihədə təqdimat etmək üçün səyahət dəstəyi mükafatı – “Səma köçəriləri” – rejissor Aytac Süleymanova, prodüser Elməddin Süleymanov
Pre-production + tizerə dəstək mükafatı – Adsız, yaddaş – rejissor Nərgiz Məmmədli, prodüser Ələmdar Faiq
Post-productin mərhələsinə dəstək mükafatı – Cahanın əlifbası – Rejissor Elcan Məmmədov, prodüser Zərif Bəkirova.
Logistika dəstəyi mükafatı – Mənim virtual evim – Rejissor Ülviyyə Əhmədova, prodüser Nicat Dadaşov
Pre-production mərhələsinə texniki dəstək mükafatı – Atılmış kənddə şirin xatirələr – rejisor Aynur Kazımova
Qeyd edək ki, layihənin qalibləri AKİ tərəfindən maliyyə və təşkilati dəstəklə təmin olunacaqlar.