AZ

Deputat Azər Allahverənov Nardaran qəsəbəsində növbəti görüşünü keçirib



Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Nardaran qəsəbəsində növbəti görüşünü keçirib.

Newscenter.az xəbər verir ki, görüşlər Nardaran qəsəbəsi üzrə inzibati ərazi dairəsi nümayəndəliyində və Nardaran Bələdiyyəsində təşkil olunub.

Hər iki görüş zamanı qəsəbənin mövcud vəziyyəti, sakinlərin gündəlik həyatına təsir edən məsələlər, o cümlədən infrastruktur, məşğulluq, sosial rifah və hüquqi dəstəyə ehtiyac duyulan sahələr ətrafında geniş müzakirələr aparılıb. Deputat Azər Allahverənov Nardaran icra nümayəndəliyinin və bələdiyyənin səlahiyyətli nümayəndələri ilə birgə sakinləri narahat edən məsələlərin operativ həlli yollarını müzakirə edib.

Görüşlərin məqsədi yerli səviyyədə qaldırılan problemlərin daha dərindən öyrənilməsi və müvafiq qurumlar qarşısında onların həlli ilə bağlı məsələ qaldırmaq olub.

Süleyman
Seçilən
0
newscenter.az

1Mənbələr