AZ

Hindistan və Pakistan müasir tarixdə ən böyük hava döyüşü keçirib

Münaqişə kəskinləşdikcə Hindistan və Pakistan “müasir aviasiya tarixində ən böyük və ən uzun sürən hava döyüşlərindən birinin” şahidi olublar.  

Adalet.az xəbər verir ki,  bu  barədə CNN mənbələrə istinadən məlumat yayıb. 

Pakistanın təhlükəsizlik mənbələri Hindistanın hücumu zamanı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 təyyarəni və bir pilotsuz uçan aparatını vurduqlarını bildiriblər.

Məlumata görə, mayın 7-nə keçən gecə eyni vaxtda ən azı 125 qırıcının iştirak etdiyi hava döyüşü qeydə alınıb. 

Pakistanın yüksək səviyyəli təhlükəsizlik mənbəsi CNN-ə bildirib ki, Pakistan və Hindistan qırıcıları arasında hava döyüşü “müasir aviasiya tarixində ən böyük və ən uzun döyüşlərdən biri” olub.

Xatırladaq ki, mayın 7-nə keçən gecə Hindistan ordusu Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçuların yerləşdiyi 9 hədəfi vuraraq "Sindoor" əməliyyatına başlayıb. 70-ə yaxın terrorçu məhv edilib.  Bunun fonunda  Hindistanın Pakistan ərazisinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə, yaralıların sayı isə 57-yə çatıb. Hindistan tərəfi isə itkilərini açıqlamayıb. 

Ölkələr arasında münasibətlər aprelin 22-də bir qrup şəxsin mübahisəli Cammu və Kəşmir əyalətində turistləri güllələyən terror aktından sonra pisləşib. Hindistan hücumda Pakistanı günahlandırıb, İslamabad isə Yeni Dehlinin reaksiyasını ədalətsiz və siyasi motivli adlandırıb.

Seçilən
0
adalet.az

1Mənbələr