BAKI, TurkicWorld
Türk Hava Yolları İslamabad və Lahora uçuşlarını dayandırıb.
TurkicWorld xəbər verir ki, Hindistanın Pakistana hücumu ilə bağlı Asiyada yaranmış siyasi gərginlik səbəbilə Türk Hava Yolları (THY) İstanbuldan İslamabad və Lahora bu gün və sabah üçün nəzərdə tutulan reyslərini qarşılıqlı şəkildə ləğv edib.
THY-nin açıqlamasında bildirilir ki, 8 may (cümə axşamı) və 9 may (cümə günü) tarixlərində baş tutmalı olan TK 714 (İstanbul–Lahor), TK 715 (Lahor–İstanbul), TK 710 və TK 750 (İstanbul–İslamabad), eləcə də TK 711 və TK 751 (İslamabad–İstanbul) reysləri icra olunmayacaq.
Hava yolları sərnişinlərə səyahət planlarını yeniləmək üçün rəsmi internet saytı və mobil tətbiqdən istifadə etməyi tövsiyə edib.
Qeyd edək ki, regionda son günlərdə artan hərbi gərginlik hava nəqliyyatında ciddi pozuntulara səbəb olub.