AZ

Benzemalı "Əl-İttihad" Ronaldulu "Əl-Nəsr"i məğlub edib çempionluğa yaxınlaşdı

Səudiyyə Ərəbistanı çempionatının 30-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, tur çərçivəsində ulduz hücumçular Kərim Benzema ilə Kriştianu Ronaldunun komandaları üz-üzə gəliblər.

“Əl-İttihad” “Əl-Nəsr”ə 3:2 hesabı ilə qalib gəlib. Ronaldu fərqlənə bilməyibsə, "Əl-İttihad"ın 2-ci qolunun müəllifi Benzema olub.

Qeyd edək ki, "Əl-İttihad" Səudiyyə Ərəbistanı çempionatına 71 xalla sona 4 tur qalmış liderdir və ən yaxın izləyicisini 6 xal qabaqlayır. "Əl-Nəsr" isə 60 xalla dördüncü yerdədir.

Seçilən
0
fanat.az

1Mənbələr