BAKI, 8 may. TELEQRAF
"Vaxtilə Heydər Əliyevə qarşı müxalifətdə olmuş insalar belə, yəni, biz - zaman keçdikcə onun gördüyü işləri dərk etmiş olduq".
Teleqraf xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən xüsusi iclasında deyib.
O bildirib ki, Heydər Əliyev gələcəkdə baş verəcəkləri uğurla təxmin edirdi:
"Heydər Əliyev işıq gələn yolları uğurla tapırdı. Müstəqillik dövründə xarici təhdidlərlə qarşı çıxış yollarını axtaranda Heydər Əliyev neft müqavilələri ilə məsələləri həll etdi. Heydər Əliyevin kursunu uğurla davam etdirməli və bu yöndə sıx birləşməliyik".