AZ

Abbasov İbrahimov: Maliyyə Nazirliyinin hərraclarından 500 mln. manata yaxın depozit cəlb etmişik

Azərbaycan Beynəlxalq Bankı (ABB) Maliyyə Nazirliyinin xəzinə qalığı üzrə keçirilən depozit hərraclarında 485 mln. manat vəsait cəlb edib.

APA-Economics” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.

O bildirib ki, Nazirliyin keçdiriyi bu hərraclar sektor üçün ilk təcrübədir. Bu vəsaitlərin bazarda kredit faizlərinə təsirinə gəlincə, ABB sədri qeyd edib ki, bu təsir hələlik məhduddur. Sözügedən depozitlər qısamüddətli olduğu üçün təsirləri proqnozlaşdırmaq çətindir.
Abbasov İbrahimov həmçinin əlavə edib ki, cəlb edilən vəsaitlər sektorun aktivlərinə nisbətdə kiçik olsa da, likvidlik baxımından müsbət addımdır.

“Mərkəzi Bank bu hərracların genişləndirilməsi və təkcə sistem əhəmiyyətli bankların deyil, digər banklarında cəlb edilməsi üzərində işləyir”- A.İbrahimov əlavə edib.

Seçilən
0
1
apa.az

5Mənbələr