AZ

Bu rayonun icra hakimiyyəti üçün bina tikiləcək

Culfa Rayon İcra Hakimiyyəti yarımçıq qalmış inzibati binanın layihələndirilməsi üçün açıq tender elan edib.

Far.Az-in dövlət satınalmaları portalına istinadən verdiyi xəbərə görə, yeni binanın layihələndirilməsi işlərinə texniki müayinə, istilik effektivliyinin hesablanması, baş planın hazırlanması, smeta sənədlərinin tərtibi, tikintinin təşkili və ekoloji məsələlər daxildir.

Layihə 4 756 kvadratmetr sahəni əhatə edir və bu işlərin ümumi dəyəri 162 604 manat olaraq göstərilib.

Seçilən
0
far.az

1Mənbələr