Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC ISO 9001:2015 standartı üzrə audit və sertifikatlaşdırm keçirilməsi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 21 manatdır.
İddiaçılar təkliflərini mayın 26-na qədər cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1/3 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 26-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.