BAKI, 8 may. TELEQRAF
Hindistan gecə saatlarında “Harop” pilotsuz təyyarələri ilə Pakistana qarşı növbəti açıq hərbi təcavüz aktı həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Baş İdarəsinin rəisi general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.
General bildirib ki, Pakistan Silahlı Qüvvələri indiyədək müxtəlif istiqamətlərdə 12 “Harop” pilotsuz təyyarəsini zərərsizləşdirib.
Həmçinin çaudri əlavə edib: “Hücum zamanı Lahor yaxınlığında Pakistan ordusunun 4 hərbçisi yaralanıb və avadanlıq qismən zədələnib”.