AZ

Türkiyənin Aİ-yə üzvlük prosesi donduruldu

Avropa Parlamentinin (AP) çərşənbə günü qəbul etdiyi hesabata əsasən, Türkiyə cəmiyyətinin böyük bir hissəsinin demokratik və avropapərəst istəklərinə baxmayaraq, bu ölkənin Aİ-yə üzvlük prosesi mövcud şəraitdə bərpa edilə bilməz.

“Cebheinfo.az” xəbər verir ki, hesabatı 367 deputat təsdiqləyib, 74 əleyhinə, 188 isə bitərəf qalıb. "Avropa Parlamentinin deputatları Türkiyədə demokratik standartların davam edən pisləşməsindən və tənqidi səslərin amansızcasına basdırılmasından dərin narahatdırlar. 

Onlar son dinc kütləvi etirazların dağıdılmasını və yüzlərlə etirazçının cinayət törətdiyinə dair heç bir dəlil olmadan tələsik kütləvi məhkəmələr vasitəsilə mühakimə olunmasını pisləyirlər",-deyəhesabatda bildirilir. Hesabata görə, Türkiyə hökuməti Avropa Birliyinə qoşulma prosesində zəruri olan fundamental demokratik çatışmazlıqları aradan qaldıra bilməyib.

Hesabatda bildirilir ki, Aİ-yə üzvlük “demokratiya, qanunun aliliyi, insan haqları, azlıqlara hörmət və müdafiə, mehriban qonşuluq münasibətləri, beynəlxalq hüquqa hörmət və Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə riayət edilməsini təmin edən sabit institutlar” kimi müəyyən giriş meyarlarının yerinə yetirilməsindən asılıdır. 

Aİ parlamentariləri xatırladırlar ki, bunlar mütləq meyarlardır. Hesabatda vurğulanır ki, Aİ-yə üzvlük meyarları müzakirə olunmur. Avropa Parlamenti Türkiyə hakimiyyətini, Aİ təsisatlarını və üzv dövlətləri “iqlim dəyişikliyi ilə mübarizə, enerji təhlükəsizliyi, terrorizmlə mübarizədə əməkdaşlığa və regional sabitliyə xüsusi diqqət yetirməklə daha sıx, daha dinamik və strateji tərəfdaşlıq” istiqamətində işi davam etdirməyə çağırıb.

1999-cu ilin dekabrında Avropa Şurası Türkiyəni Aİ üzvlüyünə namizəd ölkə kimi tanınıb. 2005-ci ilin oktyabrında ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlanılıb. 2018-ci ildə Aİ Şurası bu danışıqların dayandırıldığını bəyan edib. Şura sənədində deyilir: "Danışıqlar faktiki olaraq dalana dirənib".

Seçilən
0
cebheinfo.az

1Mənbələr