Ukrayna ABŞ, Avropa İttifaqı (Aİ), Şimali Avropa və Baltik tərəfdaşları ilə 30 günlük atəşkəs barədə bir sıra onlayn görüşlər keçirib.
“Report”un Ukrayna KİV-lərinə istinadən veridiyi məlumata görə, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
Danışıqlarda ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Kit Kelloq iştirak ediblər.