AZ

Hindistanın 16 kanalı bloklandı - SƏBƏB

Pakistan Telekommunikasiya İdarəsi (PTA) Pakistan əleyhinə yalan məlumat və təbliğat yaydığına görə Hindistanın 16 xəbər kanalını, 31"YouTube" video linkini və 20-dən çox internet saytını bloklayıb.

"Unikal" xəbər verir ki, bu barədə PTA məlumat yayıb. 

Bildirilir ki, bu, rəsmilərin regional gərginliyin artması fonunda milli təhlükəsizliyi qorumaq üçün atdığı addımdır. 

Bloklanmış kanalların və internet saytlarının Pakistanın milli imicinə xələl gətirmək və iğtişaşları qızışdırmaq məqsədi daşıyan aldadıcı məzmunun yayılmasında fəal iştirak etdikləri aşkar edilib.

Gülayə Mecid 

Seçilən
0
unikal.az

1Mənbələr