Xəbər verdiyimiz kimi, aparıcı Tarix Əliyev (Tolik) ata olub. Tolik ötən gün övladının dünyaya gəlməsinin 40 günü münasibətiylə böyük məclis edib.
Bizim.Media xəbər verir ki, aparıcı bu haqda "Tarixin bir günü" verilişində danışıb:
"Hamı mənim dünən olan hadisənin necə olmasını, necə gizli qalmasını maraqlanır.Allah hamının balasını xoşbəxt böyütməyi qismət etsin, mənimkini də içində. Məclisə çox az dost dəvət etdim. Bir çox müğənni məndən küsdü, "qara siyahı"ya atdı. 45 yaşımda, 46 yaşıma keçəndə atalıq hissi yaşamışam. İstəmirəm uşağım gündəmdə olsun.
Biz media nümayəndələri qohumlarını az görür. Dünən qohumlarımı gördüm. Xalam var ki, 10 ildir görmürdüm, telefonla danışırdım. Bibim qızları var 5 ildir görüşmürdüm. Əmimi 4 ildir görmürdüm. Vaxtım olmayıb onlarla görüşüm. Xalamı, bibilərimi, əmimi, onların uşaqlarını görüb ağladım".
Qeyd edək ki, Tolik qızına Milana adını qoyub. (Axşam.az)
Bizim.Media