AZ

Azərbaycana gələn turistlərin sayı sürətlə artır

2025-ci ilin I rübü ölkəmizə gələn turistlərin sayı 331 783-ə çatıb.

 Azərbaycanın turizm potensialı mövsümi asılılıqdan çıxıb və ölkə ilboyu turistlər üçün cəlbedici olan məkana çevrilib.

Operativ Media xəbər verir ki, Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2025-ci ilin I rübü soyuq aylar olmasına baxmayaraq, ölkəmizə turizm səfəri həyata keçirən xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% və ya 8 810 nəfər artaraq 331 783-ə çatıb.

Onların 64,9%-ni kişilər, 35,1%-ni isə qadınlar təşkil edib. Həmçinin, bu dövrdə ölkəmizə səfər edən turistlərin 98,5%-i hava, 1,5%-i isə su yolu ilə Azərbaycana gəlib. Su yolu ilə gələnlər əsasən Türkmənistan və Qazaxıstan vətəndaşları olub.

Xatırladaq ki, 2024-cü ilin I rübündə ölkəmizə 322 973 nəfər turist gəlib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 44,2% və ya 98 993 nəfər çox deməkdir.

Seçilən
0
operativmedia.az

1Mənbələr