Pakistanın Pəncab vilayətinin inzibati mərkəzi olan Lahor şəhərində bir neçə partlayış baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə yerli sakinlərə və polis mənbələrinə istinadən Samaa TV məlumat yayıb.
Hadisə şəhərin Uolton şossesi, Qopal-Naqar və Nasirabad ərazilərində, hava limanına yaxın hissədə qeydə alınıb.
Bu ərazilərdə Hindistana məxsus bir pilotsuz uçuş aparatı (PUA) vurularaq yerə düşüb. Aparatın ölçüsünün 1,5-1,8 metr arasında olduğu, Hindistan ərazisindən idarə olunduğu bildirilir. Onun radioelektron mübarizə sistemi ilə zərərsizləşdirildiyi qeyd olunur.
Şəhər sakinlərinin sözlərinə görə, Askari 5 mərkəzi rayonunda da iki güclü partlayış eşidilib. Həmçinin Hərbi-Dəniz Kolleci binasından qalxan tüstü müşahidə olunub.
Hazırda hadisə yerlərinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.
Qeyd edək ki, bundan öncə – 8 may tarixində Pakistan gecə saatlarında Hindistanın Cammu və Kəşmir bölgəsində yerləşən nəzarət xəttində atəş açmışdı.
An Indian drone destroyed in Lahore old airport area Walton pic.twitter.com/kMMl3b6aWU
— Nadeem Malik 🇵🇰 (@nadeemmalik) May 8, 2025