Almaniya Federativ Respublikasının 50-yə yaxın ən böyük şirkəti 1930-cu illərdə Almaniyada Nasional Sosialistlərin qüdrətini gücləndirmək üçün məsuliyyət daşıdıqlarını açıq şəkildə etiraf ediblər...
Poliqon xəbər verir ki, bu barədə Frankfurter Allgemeine Zeitung qəzeti yazır.
Günahlarını etiraf edən şirkətlərin siyahısında "Bayer", BASF, "Bosch", "Evonik", "Siemens", "Deutsche Bahn", "Volkswagen", "Lufthansa" və "Rheinmetall" kimi məşhur brendlər olub.
Şirkətlərin bəyanatında deyilir: "1933-cü ildə Nasional Sosialistlərin hakimiyyətə gəlməsi o dövrdə hakimiyyətdə olanların siyasət, ordu, məhkəmə və iqtisadiyyatda uğursuzluqları olmadan ağlasığmaz olardı".
Qeyd olunur ki, şirkətlər ötən əsrin birinci yarısında baş verən hadisələrə görə öz məsuliyyətlərini dərk ediblər. Odur ki, bu məsuliyyəti hiss edərək keçmişi xatırlamaq, hər dəfə günümüzdə qərar qəbul etmək vacibdir.
Bu yaxınlarda Polşanın Baş naziri Donald Tusk bildirib ki, Polşa artıq II Dünya müharibəsi zamanı dəymiş ziyana görə Almaniyadan təzminat tələb etməyəcək. O əlavə edib ki, təzminatların ödənilməsinə dair qərar kommunist dövründə verilib.
Poliqon.info