Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Qeyd olunur ki, dövlət başçısı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlərlə bağlı Qələbə Paradında iştirak etməyəcək.