"Azərbaycan və Vyetnam liderlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilməsinə təkan verir". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Prezident İlham Əliyev "Vietnam News Agency" agentliyinə verdiyi müsahibəsində iki ölkə arasındakı əlaqələrin xarakterindən bəhs edib. Həmçinin, 2014-cü ildə Vyetnama səfərinin və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin iki dövlət arasında münasibətlərin inkişafına mühüm önəm kəsb etdiyini söyləyib. Azərbaycanla Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti önə çəkilib. Xarici işlər nazirliklərinin və parlamentlərarası əlaqələrin fəaliyyətinə toxunulub. Eyni zamanda Azərbaycanın və Vyetnamın Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığından bəhs olunub. İki ölkə arasında energetika sahəsində əməkdaşlığın mühüm aspektlərinin olduğunu vurğulanıb. Buna misal kimi 2019-cu ildə Vyetnamın "Binh Son Refinery and Petrochemical Company" ilə SOCAR arasında imzalanan müqavilənin əhəmiyyətindən bəhs edilib. Sözsüz ki, neft sahəsində əməkdaşlığımızın möhkəm tarixi təmələ əsaslandığı da ölkəmizin başçısı da tərəfindən qeyd edilməsi xüsusi önəm kəsb edir. Vaxtilə Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan "Veso Petrol" müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31