AZ

Macarıstanın xarici işlər naziri: Aİ-nin planı qəbuledilməzdir

Macarıstanın xarici işlər naziri Peter Szijjarto Avropa Komissiyasının Rusiya təbii qazından imtina planının həyata keçiriləcəyi təqdirdə Macarıstanın hər il 1,5 milyard avro itirəcəyini və planın qəbuledilməz olduğunu bildirib.

Editor.az bu barədə xarici mətbuata istinadla yazır.

Macarıstanın xarici işlər naziri həmçinin bildirib ki, Budapeşt Avropa Komissiyasının planını “qəbuledilməz” hesab edir və mümkün olan ən qəti şəkildə buna qarşı çıxacaq: “Macar xalqının Ukraynanın sürətləndirilmiş Aİ üzvlüyünün əvəzini ödəməyə məcbur edilməsinə imkan verməyəcək”.

Rusiya tərəfi dəfələrlə bəyan edib ki, Qərb Rusiyanın enerji resurslarından imtina etməklə ciddi səhvə yol verib və nəticədə qiymət artımı səbəbindən yeni və daha güclü asılılığa sürüklənəcək. Moskva vurğulayıb ki, Rusiya kömüründən, neftindən və qazından imtina edən ölkələr hələ də onları vasitəçilər vasitəsilə baha qiymətə almağa məcburdurlar.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
0
editor.az

1Mənbələr