AZ

Bu gün şəhidliyə qovuşan bir qəhrəmanın – Albert Aqarunovun anım günüdür

Bu

25 aprel 1969-cu ildə Bakıda dünyaya göz açan Albert, uşaqlıqdan zəhmətkeş, sadə və vətənpərvər bir yol seçdi. Suraxanının dar küçələrində böyüyən bu oğul, bir gün Şuşa dağlarında əfsanəyə çevriləcəkdi – özü də tankla, özü də ürəklə!Hərbi xidmətini Gürcüstanda tank komandiri kimi başa vurduqdan sonra o, doğma Bakıya dönür, amma qəlbi vətən deyə döyünür. 1992-ci ildə torpaqlarımıza göz dikən erməni işğalçılarına qarşı könüllü cəbhəyə yollanır. Onun tankı, elə özü kimi mərd, sərrast və qorxusuz idi.Şuşa uğrunda döyüşlərdə Albert Aqarunov tankla düşmənə od yağdırdı. Hər gülləsi bir qisas, hər addımı bir salnamə idi. Və o, 8 may səhəri – Şuşanın qara taleyə yazıldığı gün – şəhidlik zirvəsinə ucaldı. Snayper gülləsi onu aldı, amma əfsanəsini silə bilmədi!Albertin igidliyi təkcə döyüş meydanında deyil, xalqın yaddaşında da yaşayır. Şəhidlər xiyabanında uyuyur, məktəblərdə adı çəkilir, küçələrdə heykəli dayanır... və hər Azərbaycanlının qəlbində bir qəhrəman kimi yaşayır.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Demi Murun Həyatla Mübarizə Hekayəsi

Qəlbin Səsinə Çevrilən Alət – Balaban - VİDEO

“Mədəniyyət Dalğası” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Asya Hacızadədir.

Seçilən
0
ulusum.az

1Mənbələr