Moskvanın Vnukovo hava limanında AZAL-ın Moskva–Bakı reysinin sərnişinləri döşəmədə gecələməli olublar. Artıq altı dəfə təxirə salınan reysin nə vaxt həyata keçiriləcəyi isə hələ də məlum deyil.
Bizim.Media xəbər verir ki, hadisə yerindən danışan sərnişinlər bildirirlər ki, insanlar gecəni döşəmədə, kafelərdə, kreslolarda keçirirlər. Bəziləri artıq bir sutkadır hava limanında gözləyir, lakin bir çox aviaşirkət onlara nə mehmanxana, nə də yemək kuponu təqdim etmir. Təqdim edilən vauçerlər isə, sərnişinlərin sözlərinə görə, sadəcə simvolik məbləğlərlə məhdudlaşır.
Bir sərnişin SHOT teleqram kanalına verdiyi açıqlamada belə deyib:
“İnsanlar bir-birinin üstünə yığışıb yatmağa məcburdur. Heç bir şərait yoxdur, informasiya verən də yoxdur. Sanki unudulmuşuq.”
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta