
Pakistanın informasiya və radio yayımı naziri Attaullah Tarar bildirib ki, Hindistan hərbçiləri Kəşmirin bəzi nöqtələrində, o cümlədən Çora kompleksi yaxınlığında ağ bayraq qaldırıblar. Onun sözlərinə görə, bu, Pakistan ordusunun cavab tədbirləri nəticəsində Hindistan tərəfinin itkilərindən sonra baş verib.Nazirin dediyinə görə, Pakistan tərəfi Hindistanın “təxribat xarakterli və qorxaq hücumlarına” cavab verib. O əlavə edib ki, Pakistan Hərbi Hava Qüvvələri beş Hindistan qırıcısını məhv edib. Hindistan isə üç təyyarə itkisini təsdiqləyib, digərləri barədə isə hələ rəsmi açıqlama verilməyib.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Demi Murun Həyatla Mübarizə Hekayəsi
Qəlbin Səsinə Çevrilən Alət – Balaban - VİDEO
“Mədəniyyət Dalğası” layihəsinin növbəti qonağı Əməkdar jurnalist Asya Hacızadədir.