AZ

ABŞ bu ay dəhşətli silahın istehsalına başlayır

ABŞ may ayında yeni B61-13 termonüvə bombalarının seriyalı istehsalına başlamağı nəzərdə tutur.

Turkustan.az xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri vəzifəsini icra edən Tereza Robbins açıqlayıb.

Onun Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin dinləmələrində dediyinə görə, proses planda nəzərdə tutulandan təxminən bir il tez başlanır: "W88 Alteration 370 (Trident II ballistik raketi üçün sualtı qayıqdan buraxılan nüvə başlığının təkmilləşdirilməsi) proqramı Hərbi Dəniz Qüvvələrinin hazırladığı qrafikə uyğun icra olunur və 2025-ci maliyyə ilinin sonuna qədər istehsalın tamamlanması nəzərdə tutulur. W80-4 (nüvə döyüş başlığı) proqramı Hərbi Hava Qüvvələrinin uzun mənzilli raket cədvəlinə uyğun olaraq davam edir və biz ilk istehsalın 2027-ci ilin sentyabrında olmasını gözləyirik".

B61-13 döyüş başlıqlarının istehsalı ilə bağlı qərar 2023-cü ildə Co Baydenin rəhbərlik etdiyi ABŞ-ın əvvəlki administrasiyası tərəfindən verilib. /musavat.com/

Seçilən
0
turkustan.az

1Mənbələr