Azərbaycanın yeniyetmə paraüzgüçüsü Əli Vəliyev Parisdə keçirilən Dünya Seriyasında şəxsi rekordunu yeniləyib.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinin məlumatına görə, paralimpiyaçı (S10) qarışıq kateqoriyalardan olan gənc paraüzgüçülərlə birlikdə çıxış etdiyi 100 metr məsafəyə sərbəst üsulla üzmədə 1:00.90, 100 metr məsafəyə kəpənək üsulla üzməkdə isə 1:04.60 nəticə göstərərək şəxsi rekordunu yeniləyib.
Mübarizə apardığı bütün üzmə üsullarında şəxsi kateqoriyasında finişə birinci çatan Ə.Vəliyev, həmçinin ilk dəfə beynəlxalq yarışda 400 metr məsafəyə sərbəst üsulda da gücünü sınayıb.
L.AZAD
XQ