BAKI, TurkicWorld
Suriyanın prezidenti Əhməd əl-Şaraa Parisdə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi görüşüb.
TurkicWorld xəbər verir ki, görüşdən sonra keçirilən ortaq mətbuat konfransında Şaraa qərbə sərt və açıq mesaj verib.
“Ölkəmizin gələcəyi nə qapalı qapılar arxasında, nə də uzaq ölkələrin paytaxtlarında müəyyən olunacaq. Gələcəyimizi xalqımız müəyyən edəcək”- deyə o bildirib.
Şaranın bu bəyanatı, 2011-ci ildən bəri xarici müdaxilələrlə yönləndirilməyə çalışılan Suriya məsələsində xalq iradəsinə vurğu edən bir "suverenlik manifestosu" kimi dəyərləndirilib.
Şaranın Parisdə hərbi mərasimlə qarşılanması, Qərbin Suriya ilə yenidən diplomatik təmas qurmaq niyyətində olduğunu göstərsə də, Suriyalı liderin Makronun üzünə dediyi “gələcəyimizi biz müəyyən edəcəyik” sözləri, Şamın Qərb ilə münasibətlərdə bərabərlik və milli ləyaqət əsasında danışıqlar aparmaq istədiyini ortaya qoyub.
Fransanın Suriya üçün yenidənqurma yardımı təklifinə cavab verən Şara, yenidənqurmanın sadəcə sement və tarazlaşdırma işindən ibarət olmadığını, etimad işi oluduğunu bildirib. O, maliyyə dəstəyindən daha önəmli olanın siyasi güvən və xalqın iradəsinin tanınması olduğunu bildirib.
Şaranın Parisdə səsləndirdiyi fikirlər, Suriyada yeni bir siyasi yönə dair siqnal kimi qiymətləndirilir. Bu çıxış həm Qərbə, həm də ölkə daxilindəki bütün tərəflərə ünvanlanan bir mesaj olaraq, həllin xaricdə deyil, ölkə daxilində axtarılması gərəkdiyini vurğulayır.
Lakin siyasi müşahidəçilər hesab edir ki, Şaraanın iddialarının sahədəki reallıqlarla nə dərəcədə üst-üstə düşəcəyi hələ bəlli deyil.
Əhməd Şaraanın bu çıxışı, Suriyanın beynəlxalq aləmdə yenidən suveren və bərabərhüquqlu bir tərəf kimi qəbul olunmaq niyyətinin nümayişi olaraq dəyərləndirilir.