Pakistanın Lahor şəhərində ölkədə ikinci ən böyük Uolton hava limanı yaxınlığında silsilə partlayışlar baş verib...
Poliqon xəbər verir ki, bu barədə Samaa TV hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Telekaanalın mənbələrinə görə, ərazidı uzunluğu 1,5-1,8 m olan və kəşfiyyat üçün istifadə edilən Hindistan pilotsuz təyyarəsi vurulub.
Qopal Naqar və Nəsirabad ərazilərinin sakinləri dronun düşdüyü yerdən qatı tüstü qalsdığını bildiriblər. Pilotsuz təyyarə hava limanı yaxınlığında vurulub.
Qeyd edək ki, mayın 7-nə keçən gecə Hindistan ordusu aprelin 22-də Pahalqamda törədilən terror aktına cavab olaraq Pakistanla sərhəd bölgəsində antiterror əməliyyatı keçirib. Bundan sonra Pakistan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 təyyarənin məhv edildiyini açıqlayıb. Pakistanın Təhlükəsizlik Şurası Hindistanın hərəkətlərinə hərbi cavab verməyə icazə verib. Yeni Dehli hava hücumlarında 70 terrorçunun öldürüldüyünü iddia edir.
Poliqon.info