Mayın 27-dən iyunun 4-dək 28-ci Uçan Süpürgə Beynəlxalq Qadın Filmləri Festivalı kinosevərlərlə görüşəcək.
Kulis.az xəbər verir ki, əsas şüarı “Bənzərsiz qadınlar, bənzərsiz hekayələr” olan festivalda 29 ölkədən 44 film nümayiş olunacaq.
Uçan Süpürgə Vəqfi İdarə Heyətinin sədri Halime Güner mətbuat konfransında qadın məsələsinə hər zaman önəm veriləcəyini bildirib.
Qeyd edək ki, mükafatlar mayın 27-də keçiriləcək açılış mərasimində qaliblərə təqdim ediləcək.