AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki,FES-in sədri Cerome Pauell, yeni tariflər də daxil olmaqla, prezident Donald Tramp administrasiyasının ticarət siyasətləri ilə bağlı artan iqtisadi qeyri-müəyyənliyi nəzərə alaraq, mərkəzi bankın ehtiyatlı yanaşma nümayiş etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, yüsək inflyasiya və işsizlik riskləri, iqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik artıb.
“Prezident Trampın iqtisadiyyatı stimullaşdırmaq üçün dərəcələri azaltmaq üçün təzyiqinə baxmayaraq, FES müstəqil olaraq qalır və siyasi təhdidlərdən çox iqtisadi göstəricilərə əsaslanır”, - “Business Insider” onlayn-media şirkəti yazır.
FES-in qərarının açıqlanmasından sonra ABŞ fond bazarlarındayüksəliş qeydə alınıb.S&P 500 0,4%, Dow Jones 0,7%, Nasdaq isə 0,3% bahalaşıb. Lakin bu qısamüddətli qazanclara baxmayaraq, ilin əvvəlindən bəri bütün əsas indekslər tənəzzülə məruz qalıb.
FED gələcəkdə faiz dərəcələrinin dəyişdirilməsi ehtimalını istisna etmir, lakin iqtisadi göstəricilərinəlavə təhlilinin zəruriliyini vurğulayır. İqtisadi vəziyyətin necə inkişaf etməsindən asılı olaraq, faiz dərəcələrinə yenidən baxılmasının sentyabrdan tez baş verəcəyi gözlənilmir.
Sahil İsgəndərov
AzVision.az