
Fransa çempionu PSJ Çempionlar Liqasının finalına yüksəlib.
Yeniavaz.com xəbər verir ki, ispaniyalı məşqçi Luis Enrikenin rəhbərlik etdiyi komanda yarımfinalın cavab oyununda İngiltərə ikincisi “Arsenal”ı 2:1 hesabı ilə məğlub edib.
Parisdə keçirilən qarşılaşmanın 27-ci dəqiqəsində PSJ-nin ispaniyalı yarımmüdafiəçisi Fabian Ruiz hesabı açıb.
69-cu dəqiqədə “Arsenal”ın qapısına təyin olunmuş penaltini portuqaliyalı yarımmüdafiəçi Vitinya qola çevirə bilməyib. Lakin 3 dəqiqə sonra mərakeşli müdafiəçi Əşrəf Hakimi top fərqini meydan sahiblərinin xeyrinə ikiyə çatdırıb.
“Arsenal”ın ingilis hücumçusu Bukayo Saka 76-cı dəqiqədə qapı torunu silkələyin və yükun hesabı müəyyənləşdirib – 2:1.
Xatırladaq ki, Londonda baş tutan ilk oyun da PSJ-nin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Mayın 31-də Münhendə keçiriləcək finalda PSJ-nin rəqibi yarımfinalda “Barselona”nı məğlub etməyi bacarmış “İnter” olacaq.