AZ

Kadırov Çeçenistanda hakimiyyəti kimə verəcək?

Yazını böyüt
Yazını kiçilt

Çeçenistan lideri Ramzan Kadırov istefa verdiyini elan etdikdən sonra bütün gözlər mümkün varis namizədlərə çevrilib.

Hafta.az-ın yazdığına görə, politoloq Stanislav Tarasov Lenta.ru-ya şərhində Kadırovun varisini şəxsən müəyyən edəcəyini bildirib.

Tarasovun sözlərinə görə, mümkün namizədlər arasında Rusiya Müdafiə Nazirliyinin Hərbi-Siyasi Baş İdarəsinin rəis müavini və “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, general-mayor Apti Alaudinov, Kadırovun oğlu və regiondan olan digər fiqurlar var.

Tarasov, "Kadirov daxili dinamikaya görə vaxtaşırı istefa bəyanatları verir. Lakin o, indi təkcə Çeçenistanın deyil, bütün Şimali Qafqazın qeyri-rəsmi lideridir. O, İslam dünyasında və Yaxın Şərqdə tanınan bir addır" deyib.

Politoloq bildirib ki, Kadırovun səhhətində problem olmadığı halda qərargahda vəzifəyə təyin olunması nəzəri cəhətdən mümkündür, lakin bu açıqlamalar böyük ehtimalla piar işi kimi qiymətləndirilməlidir.

Tarasovun təhlilinə görə, istefa baş verərsə, varisin müəyyənləşməsində söz sahibi olan Moskva deyil, regionda güclü təsir imkanlarını qoruyan Kadırovun özü olacaq: "Kadirov regionda o qədər güclü fiqurdur ki, heç kimin ona namizəd sırıması mümkün deyil. Alaudinov, oğlu və ya başqası kimi təcrübəli ad... Bu, tamamilə bizim bilmədiyimiz daxili balanslardan asılıdır. Amma bir şey dəqiqdir: yekun qərarı Kadırov verəcək".

Kadırovun "Çeçenistan Seqodnya"ya əvvəlki "Mən vəzifədən uzaqlaşdırılmağımı tələb edirəm" deməsi Rusiya siyasətində müzakirələrə səbəb olmuşdu. Hələlik Kremldən rəsmi açıqlama olmasa da, Kadırovun istefasının qəbul edilib-edilməyəcəyi və onun mümkün varisinin kim olacağı səbirsizliklə gözlənilir.

Dövlət Dumasının Regional Siyasət və Yerli İdarəetmə Komitəsinin sədr müavini Mixail Matveyev Çeçenistan lideri Ramzan Kadırovun istefa planları barədə məlumatı olmadığını bildirib. "Düzünü desəm, belə bir şey eşitməmişəm. Təbii ki, federal dairələrin rəhbərlərinin istefasını qəbul edib-etməmək prezidentin səlahiyyətindədir. Amma məndə belə planlar barədə məlumat yoxdur", - Matveyev Lenta.ru-ya bildirib.

Matveyev vurğulayıb ki, Çeçenistanda nizam-intizamın səviyyəsi daha çox Kadırovun rəhbərliyindən asılıdır. "Prezidenti qane edəcək alternativlərin olub-olmadığını bilmirəm. Bunu demək çətindir", - o əlavə edib.

Komitənin sədri Aleksey Didenko Kadırovun həqiqətən istefa ərizəsi verib-verməməsinə şübhə ilə yanaşdığını bildirib.

Seçilən
0
hafta.az

1Mənbələr