AZ

Parisdə xaos: Maşını azarkeşlərin üzərinə sürdülər, yaralılar var

Dünən PSJ 2:1 hesabı ilə London "Arsenal"ı üzərində qələbə qazanaraq Çempionlar Liqasının finalına yüksəlib.

Publika.az xəbər verir ki, azarkeşlərin bu hadisəni qeyd etməsi Şanzeleyada kütləvi iğtişaşlara çevrildi. PSJ azarkeşləri məşəl, fişənglər yandırıblar, mağazaların vitrinlərini sındırdılar və bu, polislə toqquşmalara səbəb olub.

Kristofer Kolumb küçəsində ciddi insident baş verib – sürücü maşını azarkeş izdihamının üzərinə sürüb. İlkin məlumata görə, azarkeşlər avtomobili mühasirəyə alaraq şüşələri sındırmağa cəhd ediblər. İğtişaş yerindən mümkün qədər tez uzaqlaşmağa çalışan sürücü 3 nəfəri vurub. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır. Hadisədən sonra onlarla fanat maşının arxasınca qaçıb və sonra onu yandırıblar. Nəticədə avtomobil partlayıb, yanğınsöndürənlərin müdaxiləsi tələb olunub. Sürücünün taleyi hələlik məlum deyil.

Seçilən
0
publika.az

1Mənbələr