BAKI, 8 may. TELEQRAF
İsrail müdafiə naziri İsrael Katz Yəməndəki “Ənsarallah” hərəkatı (husilər) və onun dəstəkçisi İrana xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, o, İsrailin özünü istənilən təhlükə və düşmənə qarşı təkbaşına müdafiə etmək iqtidarında olduğunu söyləyib.
“Husilər bizə atəş açmağa davam etsələr, İsraildən ağır zərbələr alacaqlar. İsrail Müdafiə Qüvvələri istənilən missiyaya hazırdır.
Husi terror təşkilatını maliyyələşdirən, silahlandıran və idarə edən İran rəhbərliyinə də xəbərdarlıq edirəm: proksi metodu bitdi və şər oxu çökdü. Siz (bu hücumlardan) birbaşa məsuliyyət daşıyırsınız. Beyrutda “Hizbullah”a, Qəzzada HƏMAS-a, Dəməşqdə Əsədə və Yəməndə husilərə etdiklərimiz Tehrana da ediləcək. Heç bir ünsürün İsrailə zərər vurmasına icazə verməyəcəyik”, - Katz bildirib.