Zərdab rayonunda tənha qadına qarşı seksual hərəkətlər etməkdə ittiham olunan 1972-ci il təvəllüdlü A.Ağaların apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Şəki Apellyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hpökmü ilə A.Ağalar Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə A.Ağalar 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan A.Ağalar və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib.
Şikayətdə təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə bəraət verilməsini istənilib.
Apellyasiya şikayətinin araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayət təmin olunmayıb.
Qeyd edək ki, istintaq orqanı tərəfindən A.Ağaların barəsində Cinayət Məcəlləsinin 29, 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmaya cəhd) və 157.2-ci (mənzil toxunulmazlığını pozma - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.
İttihama görə, Zərdab rayon sakini A.Ağalar zorla cinsi əlaqədə olmaq niyyəti ilə qonşusu olan qadının evinə mətbəxin pəncərəsindən mənzilə daxil olub. Qonaq otağındakı divanda uzanan qadına yüngül xəsarətlər yetirib. Fiziki zor tətbiq etməklə ona seksual hərəkətlər edib.
Qadının müqavimət göstərməsi və qışqıraraq kömək istəməsi nəticəsində iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyib.
Onu da qeyd edək ki, hadisə zamanı qadının əri və oğlu evdə olmayıb. Zərərçəkmiş qadın evdə tək olub.