AZ

"Kibercinayətkarlıqla mübarizə" adlı tədbir keçirildi - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Sumqayıt şəhəri üzrə fəalı Əlizadə Ziyanın təşəbbüsü, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Təhsil sektorunun dəstəyi ilə "Kibercinayətkarlıqla mübarizə" adlı tədbir keçirildi.

QHT.az xəbər verir ki, tədbirdə cəmiyyətimizin bəlalarından birinə çevrilən kibercinayətkarlıq, onun növləri, baş vermə halları və qarşısınıalma yolları haqqında ətraflı məlumat verildi. Mövzu ilə bağlı slayd göstərildi, video-çarx nümayiş olundu. Mövzu məktəbin şagirdləri və Məclisin üzvləri tərəfindən müzakirə edildi və iştirakçıların sualları cavablandırıldı. Ümumilikdə, tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.

Seçilən
0
qht.az

1Mənbələr