AZ

BİZİM TƏQVİM: Mayın 8-də baş vermiş tarixi hadisələr

8 may 1992-ci ildə Şuşa işğal edilib. 1992-ci il mayın 8-də gecə top atəşlərindən bir neçə saat sonra erməni-rus silahlı birləşmələri tərəfindən Qarabağın mərkəzi Şuşa şəhərinə hücum olundu. Şəhərin müdafiə planının olmaması və hakimiyyət hərc-mərcliyindən istifadə edən ermənilər Rusiya ordusunun köməyilə Şuşanı işğal etdilər. Ancaq bu gün Şuşa azaddır!

Bəs, mayın 8-də dünyada daha hansı hadisələr baş verib?

1. 8 may 1883-cü ildə Bakı-Tiflis-Batum dəmir yolu xətti fəaliyyətə başlayıb. İnşası üç il davam edən magistral Bakı neftinin Qara dəniz vasitəsilə Avropaya çıxışını, Azərbaycanın Rusiya imperiyası və Avropanın bazarları sıx iqtisadi əlaqələrini təmin etdi. Həmin dövrdə qatarlar Bakıdan Tiflisə 550 km-lik yolu 18-20 saata qət edirdilər.

2. 8 may 1886-cı ildə əczaçı Con Pemberton ilk dəfə patent dərmanı kimi “Coco-cola” adlı qazlı içki satıb.

3. 8 may 1902-ci ildə Martinikada Mon-Pele vulkanının püskürməsi nəticəsində 20 min insan həlak oldu.

4. 8 may 1935-ci ildə SSRİ həbsxanalarda və islah-əmək koloniyalarında əməliyyat işləri üzrə müvəkkil vəzifələrinin tətbiqi barədə qərar qəbul edib.

5. 8 may 1945-ci ildə Fransa əsgərləri tərəfindən törədilən Setif və Gelma qətliamı nəticəsində yüzlərlə mülki əlcəzairli qətlə yetirildi.

6. 8 may 1945-ci ildə nasist Almaniyasının qeyd-şərtsiz təslim olması ilə Avropa ərazisində İkinci Dünya Müharibəsi başa çatdı.

7. 8 may 1949-cu ildə Berlinin Treptover Parkında “Qurtuluşçu Əsgər” abidəsinin açılışı olmuşdur.

8. 1965-ci ilin bu günündə 8 mart bayramı SSRİ-də qeyri-iş günü elan edilib.

9. 8 may 1984-cü ildə Londonu su daşqınlarından qorumaq üçün Temza çayı üzərində tikilən bənd istifadəyə verildi.

10. 1992-ci ilin bu günündə Azərbaycan Respublikası İtaliya və İsveç ilə diplomatik əlaqələr qurub.

11. 8 may Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür. 1953-cü ildən qeyd olunan Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günü 1828-ci il mayın 8-də anadan olmuş isveçrəli ictimai xadim, Nobel Sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilib.  

12. 8 may bütün dünyada Beynəlxalq Talassemiya Günüdür. Valideynlərdən uşağa gen vasitəsilə keçən ağır irsi qan xəstəliyi olan talassemiya-genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur. Talassemiya hemoqlobin istehsalı zamanı qırmızı qan hüceyrəsində tapılan zülal çatışmazlığı yaranır. Bu oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir.

Mayın 7-də həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1910-cu ilin may ayının 8-də azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, filogiya elmləri doktoru, professor Cəfər Xəndan anadan olub.  

2. 8 may 1919-cu ildə bəstəkar, pedaqoq Soltan Hacıbəyov doğulub. O, Üzeyir Hacıbəylinin qardaşı oğludur. Azərbaycan Dövlət Konservatoriyasında müəllim, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub. 1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova "Kəminə və Qazı" operasını yazmağı sifariş edir. Həmin əsərin simfonik parçası olan "Karvan" "Şur" muğamı üzərində bəstələnib. 1950-ci illərin ən məşhur əsərlərindən biri də onun simfonik orkestr üçün yazılmış “Uvertüra”sıdır.

3. Azərbaycan polkovniki,Milli Qəhrəman İlqar Mirzəyev 8 may 1973-cü ildə dünyaya gəlib. 

4. Azərbaycan mayoru, Milli Qəhrəman Şahlar Şükürov 1990-cı ilin bu günündə şəhidlik zirvəsinə yüksəlib. 

5. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov 8 may 1992-ci ildə şəhid olub. 

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr