“Qarabağ” UEFA Çempionlar Liqasında yeni mövsümdə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
Futbolpress.az xəbər verir ki, ölkə çempionu “İnter” və PSJ-nin turnirdə finala qalmalarından sonra mərhələ adlayıb. Hər iki kollektiv liqa yolu ilə Çempionlar Liqasına vəsiqəni öndə tutduğu üçün I təsnifatdakı ən yüksək reytinqli komandalar – “Slovan” (Slovakiya) və “Qarabağ” II təsnifatdan mübarizəyə qoşulacaq.
Çempionlar Liqasının finalı mayın 31-də olacaq.