AZ

AİB Xəzər Yaşıl Enerji Dəhlizi layihəsini dəstəkləməkdə maraqlıdır – Ləzizə Sabırova (Eksklüziv müsahibə)

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB), Xəzər Yaşıl Enerji Dəhlizi layihəsiniiqtisadi cəhətdən səmərəli hesab ediləcəyi təqdirdə daha dadəstəkləməyə hazırdır.

Bu barədə AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin RegionalƏməkdaşlıq və Əməliyyatlar üzrə Koordinasiya şöbəsinin direktoruLəzizə Sabirova Trend-ə eksklüziv müsahibəsində bildirib.

Sabirova qeyd edib ki, layihə üzrə ilkin texniki-iqtisadiəsaslandırmanın hazırlanması prosesi davam edir və bu sənədlayihənin texniki, iqtisadi və tənzimləyici cəhətdənməqsədəuyğunluğunu qiymətləndirmək məqsədi daşıyır.

"Layihənin böyük həcmdə investisiya tələb edəcəyi şübhəsizdir vəburada beynəlxalq maliyyə institutları ilə yanaşı özəl sektor üçündə imkanlar mövcuddur. Əgər texniki-iqtisadi əsaslandırma layihəninkommersiya baxımından sərfəli olduğunu sübut edərsə, AİBmaliyyələşmədə iştirakda çox maraqlıdır", – deyə o bildirib.

Azərbaycanla əməkdaşlıq çərçivəsində yaşıl enerjitəşəbbüsləri

Sabirova bildirib ki, AİB Azərbaycanda Bank, Biləsuvar vəƏlətdəki günəş elektrik stansiyalarını da əhatə edən bir sıra yaşılenerji layihələrini təsdiqləyib. Bundan əlavə, elektrik enerjisininötürülməsi və paylanması ilə bağlı 160 milyon və 250 milyon dollardəyərində iki kredit, həmçinin istilik və energetika sektorununkarbonsizləşdirilməsi üçün texniki yardım göstərilib.

Orta Dəhliz Strategiyası və Bakı Metropoliteni layihəsi

AİB hal-hazırda CAREC proqramı çərçivəsində Orta Dəhliz üzrəstrategiya üzərində işləyir. Strategiya təkcə infrastruktur yox,həm də "yumşaq" komponentləri – tranzit və gömrük prosedurlarınınsadələşdirilməsini və texniki uyğunluğu əhatə edir. Sabirovabildirib ki, bu strategiya 2024-cü il ərzində yekunlaşdırılacaq vəiyun ayında Qırğızıstanda keçiriləcək yüksək səviyyəli toplantıdatəqdim olunacaq.

O, həmçinin əlavə edib ki, AİB Bakı Metropoliteniningenişləndirilməsi layihəsinin hazırlanması üçün texniki yardımıtəsdiqləyib. Layihə çərçivəsində bir neçə yeni stansiyanın və 20kilometrədək tunelin inşası, eləcə də rəqəmsal transformasiyakomponentləri nəzərdə tutulur.

CAREC çərçivəsində Azərbaycanın tranzit rolu

Sabirova qeyd edib ki, Azərbaycan CAREC proqramı çərçivəsindəəsas ölkələrdən biridir və bu proqram üzrə indiyədək ölkəyə 7,1milyard dollar dəyərində investisiya yönəldilib. Bu vəsaitin böyükhissəsi nəqliyyat sektoruna yatırılıb.

AİB bu il iki yeni layihəni də təsdiqləyib: biri altıncı CARECdəmir yolu dəhlizinin bir hissəsinin modernləşdirilməsini nəzərdətutan 130 milyon dollarlıq dəmir yolu layihəsi, digəri isəAzərbaycan Dəmir Yolları üçün 47 milyon dollarlıq rəqəmsaltransformasiya layihəsidir.

Rəqəmsallaşma və innovasiya

CAREC 2030 Rəqəmsal Strategiyası çərçivəsində Azərbaycanlaəməkdaşlığa toxunan Sabirova, ASAN xidmət kimi uğurlu rəqəmsaltəşəbbüslərin digər ölkələrlə paylaşılmasının önəmini vurğulayıb.Eyni zamanda, startaplar üçün ekosistem qurmaq məqsədiləAzərbaycanda fəaliyyət göstərən "Sabah Hub" innovasiya mərkəzi iləəməkdaşlıq qurulduğunu da qeyd edib.

Seçilən
0
1
az.trend.az

2Mənbələr