ABŞ-ın maliyyə naziri Skott Bessent etiraf edib ki, Rusiya diktatoru Vladimir Putin hərbi cinayətkardır.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu, Bessentin beynəlxalq maliyyə sistemindəki vəziyyətlə bağlı məruzə etdiyi Konqres dinləmələri zamanı baş verib. Ondan birbaşa Rusiya liderini hərbi cinayətkar hesab edib-etmədiyini soruşduqda amerikalı nazir belə cavab verib: “Bəli”.
Eyni zamanda, "hərbi cinayətkarla danışmağa dəyərmi?" sualına Bessent belə cavab verib:
"Düşünürəm ki, hər iki tərəflə danışıqlar aparmalısan, diplomatiyanın təbiəti belədir. Məncə, İkinci Dünya Müharibəsindən sonra yaponlar ilə danışıqlar da lazım idi".
ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib ki, Rusiya müharibəni dayandırmaq üçün danışıqlarda “həddən artıq çox” tələb edir.
Bundan əvvəl ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, indi müharibədə atəşkəs üçün yeganə maneə Rusiyadır. O, Ukraynanın bir çox şərtlərlə atəşkəsə razılaşdığını, bəzilərinin isə xoşuna gəlmədiyini xatırladıb. Moskva isə bu təklifi rədd etdi.
Eyni zamanda, o hesab edir ki, atəşkəs yaxın ola bilər:
"Düşünürəm ki, biz yaxınıq. Nəticə gətirə biləcək yeganə şəxs prezident Trampdır. Amma əgər Putin razılaşarsa. Məncə, hazırda bizim tərəqqiyə mane olan atəşkəsə razılıq verməyən Rusiya prezidentidir", - Kelloq əlavə edib.
S.Laçın