AZ

Arzu Əliyeva “Ümid Yeri” uşaq sığınacağını ziyarət edib

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Ümid Yeri” Uşaq Sığınacağına baş çəkib. Ziyarət barədə o, öz rəsmi Instagram hesabında paylaşım edib.

Paylaşımda Arzu Əliyevanın sığınacaqda uşaqlarla görüşdüyü və müxtəlif tədbirlərdə iştirak etdiyi görüntülər yer alıb.

“Ümid Yeri” — 1997-ci ildə təsis edilmiş qeyri-hökumət təşkilatıdır. Sığınacaq valideyn himayəsindən məhrum olmuş, çətin həyat şəraitində olan və zorakılığa məruz qalmış uşaqlara müvəqqəti yaşayış, psixoloji dəstək və sosial reabilitasiya xidməti göstərir.

Mərkəz həmçinin uşaqların cəmiyyətə reinteqrasiyası və təhsilə yönəldilməsi istiqamətində çalışır.

N.Təbrizli

Seçilən
0
1
anews.az

10Mənbələr