ABŞ Böyük Britaniya ilə ticarət sazişi imzalamağa yaxındır.
ABŞ Prezidenti Donald Tramp mayın 8-də Britaniya ilə ticarət sazişini elan etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə “The New York Times” (NYT) öz mənbələrinə istinadən məlumat yayıb.
Bu saziş, Vaşinqtonun tariflərin tətbiqindən sonra bağlayacağı ilk ticarət razılaşması olacaq. ABŞ və Böyük Britaniya arasında əldə olunacaq razılaşmanın təfərrüatları hələlik açıqlanmayıb. NYT yazır ki, ilkin mərhələdə tərəflər çərçivə sazişini təqdim edəcəklər, daha sonra isə razılaşmanın yekun şərtləri üzərində danışıqları davam etdirəcəklər.
Bundan əlavə, ABŞ İsrail və Hindistanla da ticarət razılaşmaları əldə etməyə yaxındır. Həmçinin Vyetnam, Koreya Respublikası və Yaponiya ilə danışıqlar aparılır.