AZ

Kvaratsxeliya: “İnter” əks-hücumlarda və künc zərbələrində təhlükəlidir

BAKI, 8 may. TELEQRAF

Çox həyəcanlıyam. Yeni klubumda bir neçə aydan sonra özümü Çempionlar Liqasının finalında gördüm.

Teleqraf xəbər verir ki, bu sözləri PSJ-nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya deyib.

İstedadlı oyunçu “İnter”lə final oyunu barədə də danışıb: “Milan klubuna qarşı dəfələrlə oynamışam. “İnter” əks-hücumlarda və künc zərbələrində təhlükəlidir. İtaliya klubu da finala layiqdir. “İnter” də bizim kimi dünyanın ən güclü komandalarından biridir”.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında PSJ “Arsenal”ı, “İnter” isə “Barselona”nı məğlub edib. Mayın 31-də Almaniyanın Münhen şəhərində turnirin final oyunu keçiriləcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr