AZ

Yevlaxda yüzlərlə çətənə kolu əkən şəxslər saxlanıldı

Yevlaxda 592 ədəd çətənə kolu əkən şəxslər saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Qeyd olunub ki, Yevlax Rayon Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində çətənə bitkilərini kultivasiya yolu ilə yetişdirən Tərxan Tağıyev və Calal Abduyev saxlanılıblar.

 

Onların yaşadıqları ünvanlara baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri 592 ədəd çətənə bitkisi aşkarlanıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
0
26
senzor.az

10Mənbələr