AZ

ABŞ Energetika Nazirliyi: Amerika termonüvə bombalarının seriyalı istehsalına başlayır

Birləşmiş Ştatlar mayın sonlarında – qrafikdən təxminən bir il tez ən yeni B61-13 termonüvə aviabombalarının seriyalı istehsalına başlamağı planlaşdırır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi İdarəsinin (MNTİ) rəisi səlahiyyətlərini icra edən Tereza Robbins bildirib.

“Bundan başqa, MNTİ B61-13 modifikasiyasında ilk seriyalı nümunənin bu ayın sonlarında – planlaşdırılandan təxminən bir il əvvəl istehsal olunacağını gözləyir”, – o qeyd edib.

“Trident II W88 Alteration 370” sualtı qayıqlardan buraxılan ballistik raketlər üçün nəzərdə tutulmuş modernləşdirilmiş nüvə başlıqları proqramı ABŞ Hərbi Dəniz Qüvvələrinə tədarük qrafikinin yüz faiz yerinə yetirilməsini qoruyub saxlayıb və 2025-ci maliyyə ilinin sonuna qədər istehsalı tamamlamalıdır”, – Robbins vurğulayıb.

“W80-4 nüvə başlıqları proqramı hələ də Hərbi Hava Qüvvələrinin uzaqmənzilli qanadlı raket qrafikinə uyğundur və biz ilk seriyalı nümunənin 2027-ci ilin sentyabrında istehsal olunacağını gözləyirik”, – MNTİ-nin rəhbəri deyib.

Seçilən
0
report.az

1Mənbələr